Rumıniya çempionatında 7-ci turun oyunları keçirilir.  Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Universitatya Kluj"un qonağı olub.

 

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.

 

"Universitatya Kluj" - "Petrolul" - 2:3
Qollar:
Bran Flores, 3 (0:1), Lukiç, 11 (1:1), Jerdea, 34 (1:2), N'Lundulu, 49 (1:3), Lukiç, 55 (2:3)

 

Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan millimizin müdafiəçisi 81-ci dəqiqədə Sergiu Hankanın əvəzinə meydana çıxıb. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran "Petrolul" turnir cədvəlində ikinci pilləyə yüksəlib.