"Neftçi"dən ayrılan Vensan Abubakar karyerasını Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, kamerunlu hücumçu "Bodrum"la anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Vensan bu mövsüm "Neftçi" ilə Premyer Liqada 8 oyunda 3 qol vurub. O, ötən ilin oktyabrından "ağ-qaralar"ın formasını geyinir.