Kosova Superliqasında 3-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" klubu səfərdə "Feronikeli" komandasının qonağı olub.
Qarşılaşma qonaqların 3:0 hesablı darmadağını ilə başa çatıb.
29 avqust
"Feronikeli" - "Malişeva" - 0:3
Qollar: K.Uka, 11, 56, L.Xilani, 24
Qeyd edək ki, Vüsal İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 7 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.