Bu gün misli Premyer Liqasında üçüncü turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün ilk qarşılaşması Gəncədə olacaq. "Kəpəz" yeni inşa olunan stadionunda ilk rəsmi görüşündə "Turan Tovuz"u qəbul edir. Mövsümün ilk Qərb derbisinə maraq olduqca böyükdür. Tovuz təmsilçisinin iddialı olması, "sarı-göylər"in uzun faslədən sonra ilk dəfə yerli publika qarşısında ilk çempionat oyununa çıxması matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. "Kəpəz" mövsümə məğlubiyyətlə başlayıb. İkinci turda "Sabah"la matç isə təxirə salınıb. Tovuluların isə aktivində 1 qələbə olsa da, Kurban Berdıyevin yetirmələri ötən tur "Şamaxı" iə heç-heçə edib. 

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, III tur

18:00. "Kəpəz" - "Turan Tovuz"

 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə. Şəhər stadionu.