"Qarabağ" Kipr təmsilçisi APOEL-in braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı bir illik icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər arasında əldə olunan razılığa əsasən icarə müddəti başa çatdıqdan sonra "Qarabağ" futbolçunu transfer hüququna da malik olacaq.

 

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.