"İlk görüş bu həftə baş tutdu. Amma bu cür məsələlər bir-iki həftə ərzində həll olunmur. Daha çox müzakirə və detallar olacaq. İndi detalları müzakirə etməyəcəyəm. Danışıqlar yaxşı gedir. Növbəti bir neçə həftə ərzində dialoqu davam etdirəcəyik və sonra nə olacağını görəcəyik". Sport24.az xəbər verir ki, "Bavariya"nın ingilis hücumçusu Harri Keyn bu barədə "Bild" nəşrinə açıqlamasında bildirib:
"Bu danışıqlara çox şey daxildir. 33 yaşım var, ona görə də bu, mənim son müqaviləm olmaya bilər, amma bu, mənim üçün çox vacibdir. Həm özümün, həm də klubun xoşbəxt olduğundan əmin olmalıyam. Hər iki tərəfdə panikanın olmaması yaxşıdır. Hazırda bunlar sadəcə açıq danışıqlardır - karyeramdakı hər müqavilədə olduğu kimi. Uzunmüddətli müqavilə imzalamaq istərdim. Bunun neçə il çəkəcəyini görmək qalır. Əminəm ki, hər iki tərəfin xoşbəxt olduğu bir nöqtəyə çatacağıq. Ümid edirəm ki, bu baş verəcək".