İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib. Sport24.az xəbər verir ki, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.
Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.
Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.