Bu gün misli Premyer Liqasında üçüncü turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün ilk qarşılaşması Gəncədə olacaq. "Kəpəz" yeni inşa olunan stadionunda ilk rəsmi görüşündə "Turan Tovuz"u qəbul edir. Mövsümün ilk Qərb derbisinə maraq olduqca böyükdür. Tovuz təmsilçisinin iddialı olması, "sarı-göylər"in uzun faslədən sonra ilk dəfə yerli publika qarşısında ilk çempionat oyununa çıxması matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. "Kəpəz" mövsümə məğlubiyyətlə başlayıb. İkinci turda "Sabah"la matç isə təxirə salınıb. Tovuluların isə aktivində 1 qələbə olsa da, Kurban Berdıyevin yetirmələri ötən tur "Şamaxı" iə heç-heçə edib. 

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, III tur

18:00. "Kəpəz" - "Turan Tovuz" 0:0 (Birinci hissə)

 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə. Şəhər stadionu.

 

"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 29. Dioqo Verdaska (k) 9. Kennet Kalunqa 21. Azuma Abubakar 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli  81. Elgün Bayramov 6. Vadim Abdullayev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 33. Benito 

Baş məşqçi: Azər Məmmədov

"Turan Tovuz": 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar 77. Vadji İbrahima 11. Dioqo Balau

Baş məşqçi: Kurban Berdiyev