"Fənərbağça"dan ayrılan Sofyan Amrabatın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "Ayaks"a keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Sofyan ötən mövsüm icarə əsasında "Betis"də çıxış edib. O, eyni zamanda Mərakeş millisi ilə dünya çempionatında forma geyinib.

 

Amrabat 2024-cü ildən "Fənərbağça"da idi. 30 yaşlı futbolçu "bülbüllər"lə 30 oyuna çıxıb.