"Əl-Hilal"ın fransalı hücumçusu Kərim Benzema klubdan ayrılmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı futbolçu yaxın günlərdə Səudiyyə Ərəbistanı klubu ilə yolları ayıracaq. "Qızıl top"un qalibinin klub rəhbərliyinin yürütdüyü siyasətdən narazı olduğu bildirilir.
Qeyd edək ki, Benzema 2026-cı ilin qışında, "Əl-İttihad"dan ayrıldıqdan sonra "Əl-Hilal"a keçib.