"Porto" "Qremio"nun yarımmüdafiəçisi Qabriel Mekin transferi ilə bağlı razılığa gəlib. "Əjdahalar" 18 yaşlı braziliyalı üçün 10 milyon avro ödəyəcək. Sport24.az xəbər verir ki, insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mek özü də "Porto"nun təklifini qəbul edib və tezliklə müqavilə imzalamaq üçün Portuqaliyaya yollanacaq.
Qeyd edək ki, İyulda "Şaxtyor" Mekə təklif göndərmişdi. 18 yaşlı braziliyalı karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirmək niyyətindədir və Ukraynaya getmək istəmir.