"Sabahın Ulduzları" Bakı Kubokunun U-15 yaş qrupunda VII tura yekun vurulub. Sport24.az xəbər verir ki, avqustun 30-da keçirilən 2 oyunla tur çərçivəsindəki qarşılaşmalar başa çatıb.
Qeydə alınan nəticələri:
30 avqust
"Ulduz" – "Dinamo" 6:0
Baş hakim: Emin Abdullayev
Köməkçi hakimlər: Asif Abdullayev, Toğrul İbadov
Dördüncü hakim: Nizami Səmədov
Hakim-inspektor: Əmrah İbrahimov
Oyun meneceri: Fərid Nağdaliyev
Qollar: Taleh Dadaşzadə, 6 (1:0), Rəsul Qurbanlı, 19 (2:0), Asif Allahverdi, 25 (3:0), Nihat Bəylərli, 51 (4:0), Müşfiq Zamanov, 54 (5:0), 67 (6:0).
"Sabah" – "Marafon" 6:0
Baş hakim: Vaqif Vəliyev
Köməkçi hakimlər: Orxan İbişov, Əli Musazadə
Dördüncü hakim: Məleykə Məmmədova
Hakim-inspektor: Əmrah İbrahimov
Oyun meneceri: Fərid Nağdaliyev
Qollar: Yusif Ağayev, 14 (1:0), Rüfət Həsənov, 38 (2:0), Yusif Ağayev, 42 (3:0), 61 (4:0), 71-pen. (5:0), Hüseyn Musayev, 80+1 (6:0).
Avqustun 31-də U-14 yaş qrupunda VIII turun oyunları keçiriləcək:
31 avqust
U-14
VIII tur
"Azərbaycan Qartalları" – "Xan"
"Qarabağ" – "Sabah"
"Qəbələ" – EFA