Polşa çempionatında IV turun qarşılaşmaları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakov" öz meydanında "Yagelloniya"nı qəbul edib.
Qol şousunun yaşandığı matç meydan sahiblərinin 2:5 hesablı ağır məğlubiyyəti ilə başa çatıb.
"Rakuv" – "Yagelloniya" 2:5
Qollar: Mahir Emreli, 23, Yakub Jendryka, 56; Xesus İmas, 31, Nik Prelets, 37, Gilerme Montoya, 76-pen., Usman Sov, 78, Yussuf Silla, 89
Qarşılaşmaya ilk "11-lik"də başlayan Mahir Emreli matçın 23-cü dəqiqəsində adını tabloya yazdıraraq komandasını hesabla önə keçirib. Milli üzvümüz 90 dəqiqə boyunca meydanda olub.
Bu məğlubiyyətdən sonra hələ də xal qazana bilməyən "Rakov" 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.