Azərbaycan stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən "Euro Mini Champs" turnirinin finalına yüksəlib. Sport24.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların yarışında mübarizə aparan təmsilçimiz ilk üç mərhələni lider kimi başa vurub.

 

Mirzəbalayeva 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa təmsilçisinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

 

Bu mərhələdə İsveçrə idmançısı ilə qarşılaşan Mehin rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla da o, "mini Avropa çempionatı" adlandırılan nüfuzlu turnirin finalına yüksəlib.

 

Azərbaycanlı stolüstü tennisçi həlledici görüşdə Latviya təmsilçisi ilə qarşılaşacaq.