Bu gün Misli Premyer Liqasının üçüncü tutunun son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutacaq.
"Araz-Naxçıvan" "Sabah"ı qəbul edir. Heç şübhəsiz ki, kağız üzərində qarşılaşmanın favoriti masazır təmsilçisidi. Son çempion yeni mövsümə fırtına kimi başlayıb. Çempionlar Liqası kimi dünyanın ən mötəbər klub turnirinin Liqa mərhələsinə vəsiqə qaznan "bayquşlar" Premyer Liqada keçidiyi bir görüşü qələbə ilə başa vurub. Nominal meydan sahibləri isə ötən tur "Neftçi"yə böyük hesabla (0:5) məğlub olub. Mövsümün açılış turunda isə "İmişli" ilə "sülh" bağlayıb. Mövsümlərarası fasilədə Naxçıvan klubunun "sükanı arxasına" keçən Cavid Hüseynovun son ölkə çempionu ilə görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilir.
Qeyd edək ki, növbəti turun oyunlarına sentyabrın 4-də start veriləcək.
Misli Premyer Liqası
I dövrə, III tur
18:00. "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Qəbələ. Şəhər stadionu.