"Strasburq"un müdafiəçisi Gela Due yaxın günlərdə Leverkuzen "Bayer"nin oyunçusu olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Almaniya klubu Fil Dişi Sahili millisinin 23 yaşlı futbolçusu üçün 37,5 milyon avro ödəyəcək.

 

Gela PSJ-nin yarımmüdafiəçisi Desire Duenin böyük qardaşıdır. O, 2024-cü ilin yayından "Strasburq"da oynayır. Müdafiəçi komandada 69 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.