Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək. Sport24.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

 

Sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini sınayacaqlar.

 

U-15 Azərbaycan Kubokuna 39 komandadan 97 boksçu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəni təmsil edəcəklər.

 

Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.