İtaliyanın "Yuventus" klubu İngiltərənin "Tottenhem" komandasında çıxış edən seneqallı yarımmüdafiəçi Pape Matar Sarrı transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər 23 yaşlı futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.
Sarrın özü də Turin klubuna keçməyə razılıq verib.
Məlumata görə, "Yuventus" futbolçunu bir mövsümlük icarəyə götürəcək. Müqavilədə Sarrın 30 milyon avro qarşılığında alınması ilə bağlı bənd yer alacaq. Bu bənd müəyyən şərtlərin yerinə yetirilməsi halında qüvvəyə minəcək.
Futbolçu 2025/2026-cı illər mövsümündə "Tottenhem"in heyətində 37 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.