"Lion"un vingeri Malik Fofana London "Arsenal"ına keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisa Hotkins "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "topçular" 21 yaşlı futbolçunu transfer etməyi düşünür. "Kristal Pelas" da Fofananın keçidini nəzərdə tuturdu. Lakin belçikalı futbolçu "qartallar"ın formasını geyinmək istəməyib. 

 

"Roma" və "Qalatasaray" da Malik Fofananın xidmətində maraqlı idi.

 

Qeyd edək ki, Fofana 2024-cü ilin yanvarında "Lion"da çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm zədə səbəbindən bütün turnirlərdə yalnız 16 oyun keçirib (iki qol və bir məhsuldar ötürmə). Cari "futbol ili"ndə isə o, altı oyun keçirib və iki qol vurub.