"Liverpul" 18 yaşlı belçikalı qapıçı Lukka Bruqmansın transferi ilə bağlı "Genk" ilə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Müqavilənin ümumi dəyəri təxminən 35 milyon avrodur. Bruqmans 2027-ci ilin yayında İngiltərə klubuna qoşulacaq. "Liverpul" oyunçunun üçün tibbi müayinədən keçməsi üçün artıq icazə alıb və bundan sonra tərəflər sözləşməni rəsmiləşdirəcək. 

 

Qeyd edək ki, Bruqmans ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib və 10 görüşdə qapısını toxunulmaz saxlayıb. Bruqmans Belçika və Niderland futbolunun yetirməsidir. O, 2024-cü ildən "Genk"in əsas komandasında oynayır.