"Arsenal"ın yarımmüdafiəçisi Ethan Nvaneri icarə əsasında "Borussiya"ya (Dortmund) keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, müqavilə son 24 saat ərzində razılaşdırılıb. 19 yaşlı ingilis 2026/27 mövsümünü Dortmund klubunda keçirəcək. "Borussiya" bu müddət ərzində onun bütün maaşını ödəyəcək.
Nvaneri "Arsenal" akademiyasının yetirməsidir. O, London klubunun əsas komandasında 51 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında icarə əsasında "Marsel"in formasını geyinib.