Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo onun milli komanda karyerasını başa vurmaqla bağlı qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, Messinin xanımı bu barədə sosial media hesabında paylaşım edib: təqaüdə çıxmaq qərarına münasibət bildirib:

 

"Bu mərhələni belə başa vurduğunu görmək necə də qürurvericidir, Leo Messi! Çox illər, çox anlar, çox sevinclər, eyni zamanda çoxlu uğursuzluqlar olub.

Əziyyət çəkdiyini, yıxıldığını və yenidən ayağa qalxdığını gördüm. Hər şey səhv gedəndə davam etdiyini və həmişə necə yenidən cəhd etdiyini gördüm. Və bütün bu illərdən sonra, xəyallarını gerçəkləşdirdiyini və həyatımızın ən xoşbəxt günlərini yaşadığını görmək mənə də qismət oldu.

 

Amma bu hekayədə məni xüsusilə dərindən təsirləndirən bir şey var: uşaqlarımızın bütün bunları yaxından görərək böyüməsi. Atalarının istədiyi şey uğrunda mübarizə apardığını, heç vaxt təslim olmadığını və sona qədər inanmağa davam etdiyini gördülər. Və bütün bunlara nail olduğunu və dünya kubokunu qaldırdığını görmək onlara da qismət oldu. 

Bəlkə də bir gün onlar sənin hekayənin nə qədər möhtəşəm olduğunu həqiqətən başa düşəcəklər. Bu gün onlar sadəcə ataları ilə fəxr edirlər.

Və mən səninlə fəxr edirəm. Bütün bunları səninlə birgə yaşamaq necə də böyük bir şərəf idi. Səni sonsuz sevirik".

 

Messi və Rokkuzzonun üç övladı var: Tiaqo, Mateo və Çiro.

 

Qeyd edək ki, iyunun 24-də da 39 yaşı tamam olan hücumçu Argentina milliində ümumilikdə 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.