Bu gün İkinci Liqada yeni mövsüm start götürür. Sport24.az xəbər verir ki, 2026/27 "futbol ili"nin açılış oyunu Zaqatalada keçiriləcək.
"Şəki" "Ağdaş"ı qəbul edir. Görüşün start fiti saat 16:00-da səslənəcək. "Qaradağ Lökbatan" "Haypers"i, "Şirvan" isə "Kür-Araz"ı qəbul edəcək.
İkinci Liqa
Birinci tur
1 sentyabr
16:00. "Şəki" - "Ağdaş"
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
17:00. "Qaradağ Lökbatan" - "Hypers"
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
17:00. "Şirvan" - "Kür-Araz"
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun qalan üç oyunu sabah keçiriləcək.