İspaniyalı mütəxəssis Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyasının (KFA) mətbuat xidməti məlumat verib.
48 yaşlı məşqçinin müqaviləsi 27 noyabra qədərdir və qarşıdakı altı oyunu əhatə edir. Müqavilədə həmçinin sözləşmənin uzatma bəndi də yer alıb. Təyinat xüsusi olaraq yaradılmış ekspert komitəsi tərəfindən keçirilən açıq seçimlərdən sonra reallaşıb.
Qeyd edək ki, Moreno məşqçi karyerası ərzində İspaniya millisi (2019), "Monako" (2019-2020) və "Soçi"nin (2023-2025) "sükanı arxasında" olub.