"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "qırmızı şeytanlar"ın ən ödənişli futbolçusu ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

 

31 yaşlı futbolçunun hazırkı müqaviləsi gələn il başa çatır. Lakin klubun müqaviləni daha bir il uzatmaq seçimi var.

 

"Mançester Yunayted"in Fernandesə həftədə təxminən 350.000 funt sterlinq maaş təklif edəcəyi və müqavilənin daha bir illiyə uzadacağı bildirilir.

 

Qeyd edək ki, Fernandes hazırda həftədə təxminən 300.000 funt sterlinq məvacib alır.