İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununun hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR-da Jerom Brizar, AVAR-da serbiyalı Momçilo Markoviç əyləşəcək.

 

Sentyabrın 10-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.