Bu gün Azərbaycan II Liqasında II tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, debütant "Zəngəzur" "Dinamo"nun qonağı olacaq.

 

"Marafon" "Difai"ni, ""Kür-Araz-" "Şəki"ni sınağa çəkəcək. "Ağstafa Gəncləri" isə "Hypers"lə münasibətlərinə aydınlıq gətirəcək.

 

Azərbaycan II Liqası

 

II tur

 

16:00. "Dinamo" – "Zəngəzur"
Hakimlər: Mehdi Yusifov, Rizvan Süleymanov, Samir Cabbarov, Məleykə Məmmədova.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu.

 

16:30. "Marafon" –"Difai"
Hakimlər: Vaqif Vəliyev, Ruslan Babayev, Cavid Ömərov, Ləman Əmirli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

 

16:30. "Kür-Araz" – "Şəki"
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Yasin Cəbizadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

 

16:30. "Hypers" – "Ağstafa Gəncləri"
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bərdə şəhər stadionu.