"Turan Tovuz" Nepaldan milli futbolçu transfer etdi
"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Qərb təmsilçisi Nepaldan olan 18 yaşlı yarımmüdafiəçi Subaş Bamı transfer edib.
Gənc futbolçu klubun U-19 komandasında çıxış edəcək.
Subaş Bam bundan əvvəl ölkəsində "Sri Baqvati"nin formasını geyinib. O, Nepal millisinin heyətində 5 oyunda meydana çıxıb.
