"Qarabağ" Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb. Sport24.az xəbər verir ki, bu barədə "atlılar"ın mətbuat xidməti məlumat yayıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandayla Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.