"Coşqun Diniyevlə bağlı hazırda dəqiq məlumat yoxdur. Burada qalmaq istəmir". Bu sözləri Sport24.az-a yarımmüdafiəçinin atası Şahin Diniyev deyib.

O, futbolçunun klub tapa bilməməsi ilə bağlı fikirlərini bölüşüb:

"Coşqun karyerasını xaricdə davam etdirmək istəyir və agenti də bununla bağlı müəyyən danışıqlar aparır. Amma hələlik ortada konkret nəticə, razılaşdırılmış klub və ya imzalanmış müqavilə yoxdur".

Diniyev məsələyə yaxın günlərdə aydınlıq gələcəyini ümid etdiyini söyləyib:

"Biz də gözləyirik ki, bu məsələyə yaxın günlərdə aydınlıq gəlsin. Hazırda müxtəlif variantlar müzakirə olunur, amma konkret nəsə demək düzgün olmaz. Çünki danışılan hər məsələ son nəticədə reallaşmaya bilər. Mən də sizə olmayan bir şeyi var kimi demək istəmirəm. Əfsuslar olsun ki, nəticə yoxdur".