AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda I Liqanın ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – "Şahdağ Qusar" oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – "Şahdağ Qusar" oyunundan əvvəl MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – "Şahdağ Qusar" oyununda "A buraxılışı" olmayan şəxs texniki zonada olduğu üçün MOİK komandası 300 manat cərimə edilsin (maddə 86.12);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – "Şahdağ Qusar" oyununda "Şahdağ Qusar" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Şahdağ Qusar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun "Xankəndi" – "Səbail" oyununda "Xankəndi" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Xankəndi" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun "Baku Sportinq" – "Karvan-Yevlax" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə "Baku Sportinq" komandası 300 manat cərimə edilsin (maddə 94, 99, 68);
03.09.2026-cı il tarixində I Liqada I turun "Baku Sportinq" – "Karvan-Yevlax" oyununda "Karvan-Yevlax" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" komandası 210 manat cərimə edilsin (maddə 43.1);