"Barselona"nın futbolçusu Lamin Yamal Çempionlar Liqasının Liqa mərhələsində "Feyenoord"a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 19 yaşlı futbolçu komandanın əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.
"Çempionlar Liqasını qazanmaq bizim əsas hədəfimizdir. Başqa motivasiyamız yoxdur. Hamımız motivasiyalıyıq və fikrimiz yalnız bundadır", - deyə Yamal bildirib.
İspaniyalı hücumçu "Barselona"nın kapitanı olmasından da danışıb:
"19 yaşında Barselonanın kapitanı olmaq böyük şərəfdir. Xoşbəxtəm. Bu, mənə məsuliyyət hissi verir. Komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Yamal "Qızıl top" mükafatı ilə bağlı isə bunları deyib:
"Bu, məndən asılı deyil, sizdən asılıdır. "Barselona" və milli komanda ilə gördüyüm işlər inanılmaz idi. Şanslarım var və əla il keçirmişəm. Amma nəticəni görəcəyik".