"Vulverhempton"un 18 yaşlı cinah oyunçusu Mateus Maneyə Avropanın aparıcı klublarından böyük maraq var. Sport24.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Liverpul" və "Mançester Yunayted" gənc futbolçu ilə bağlı birbaşa təmas qurub. "Arsenal", "Çelsi" və "Mançester Siti", həmçinin Portuqaliyanın öndə gedən klubları da Maneni yaxından izləyir.
Qeyd edək ki, Mateus Mane "Vulverhempton"un yetirməsidir. O, 2024/25 mövsümündə "Brayton"a qarşı keçirilən Premyer Liqa oyununda əsas komandada debüt edib. Həmin vaxt 17 yaş, 7 ay, 24 günlük olan Mane klubun Premyer Liqadakı ən gənc futbolçusu olub.