"Sanderlend"in vingeri Bertran Traore "Vulverhempton"a transfer olub. Sport24.az xəbər verir ki, bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu "Vulverhempton"a azad agent kimi qoşulub və 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, burkino-fasolu futbolçu ötən mövsüm "Sanderlend"in heyətində 12 oyunda meydana çıxıb və bir qol vurub.