"Sabah" Castin Tillman ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

 

Qeyd edək ki, Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"a qoşulub. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.