3×3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında ilk oyuna çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Fransaya qalib gəlib – 17:15.

 

Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya ilə üz-üzə gələcək.

 

Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.