"Qalatasaray" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen zədələnib.

 

Forvard Super Liqada "Başakşəhər"lə oyunda xəsarət alıb. Onun son durumu tibbi müayinədən sonra bilinəcək.

 

"Qalatasaray" görüşdə 3:2 hesabıyla qalib gəlib. Osimhen matçda bir qol vurub.