Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulmuş müqaviləni tam şəkildə razılaşdırıblar.

 

​Marselo yeni vəzifəsində DÇ-2026-nın 1/16 finalında Meksikaya qarşı matçda (0:2) məğlub olaraq mübarizəni dayandırdıqdan sonra milli komandadan ayrılan Sebastian Bekkaseseni əvəz edəcək.

 

​Qalyardonun son iş yeri klubun əfsanəsi olduğu "River Pleyt" olub. O, iki il işlədikdən sonra fevral ayında komandanı tərk edib. Argentinalı mütəxəssis həmçinin "Əl-İttihad" və "Nasyonal" klublarına da rəhbərlik edib.