Bu gün 3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsinin ilk oyununda Fransa millisi ilə  qarşılaşacaq.

 

Təmsilçimiz ikinci görüşdə Niderland, ardınca və Almaniya yığması ilə münasibəti aydınlaşdıracaq. 

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.