Hazırlıq prosesini Litvada davam etdirən "Sabah" basketbol klubu növbəti sınaq qarşılaşmasına çıxıb. Sport24.az xəbər verir ki, Kaunas şəhərində təşkil olunan matçda paytaxt təmsilçisi Böyük Britaniyanın "London Lions" komandası ilə üz-üzə gəlib.

 

Gərgin keçən mübarizə rəqibin 86:82 hesablı üstünlüyü ilə yekunlaşıb.

 

Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə Litvanın "Yuventus Utena" klubuna məğlub olan (84:89) "Sabah" ikinci oyunda yerli "Şyaulyay" kollektivini üzərində qələbə qazanmışdı (92:80).

 

Azərbaycan çempionu qarşıdakı mövsümdə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək.