Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın komandasının rəqibi olan Norveçin "Vikinq" klubu heyətini üç yeni transferlə gücləndirib. Sport24.az xəbər verir ki, norveçlilər niderlandlı müdafiəçi Essien Bassi, norveçli yarımmüdafiəçi Henrik Byordali və isveçli hücumçu Erik Bothemlə anlaşıb.
"Sabah" və "Vikinq" klubları arasında oyun noyabrın 4-ü, Norveçin Stavanger şəhərində keçiriləcək.