"Zirə" daha bir legioner cəlb edib. Sport24.az Bakıətrafıklubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dimitri Leqbon karyerasını qəsəbə təmsilçisində davam etdirəcək.
Ötən mövsüm Xorvatiya təmsilçisi "Riyeka"nın formasını geyinən 25 yaşlı kot-d"İvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, "Zirə" 3 turdan sonra 9 xalla Misli Premyer Liqasında liderdir.