AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının III turunda yaşanan hadisələr müzakirə olunub.

 

"Sumqayıt" – "Qarabağ" oyununun 31-ci dəqiqəsində "Qarabağ" komandasının 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmayacaq.

 

"Qarabağ" komandası 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin olunub.