AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cərimələyib. Sport24.az xəbər verir ki, buna Misli Premyer Liqasının üçüncü turunda "Turan Tovuz"la oyunda yaşananlar səbəb olub.

 

Gəncə təmsilçisi altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

 

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Kəpəz"ə 2500 manat cərimə kəsilib.

 

Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Kəpəz" 3000 manat ziyana düşüb.

 

Bundan əlavə, "Qəbələ" – "Şamaxı" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Qəbələ" 2500 manat ödəməli olacaq.