Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Real"ın Valdebebasdakı bazasına baş çəkib. Sport24.az xəbər verir ki, İtaliyalı mütəxəssis "Betis"lə oyun öncəsi komandanı ziyarət edib və məşqə başlamazdan əvvəl futbolçularla görüşüb. Ançelotti xüsusilə hazırda zədədən bərpa olunan Endrik, Rodriqo və Eder Militao ilə maraqlanıb.

Bu səfərin əsas səbəbinin braziliyalı futbolçuların durumunu yerindəcə yoxlamaq olduğu bildirilir. Ançelottinin çalışdırdığı Braziliya millisinin növbəti oyunlarına qədər bir neçə həftə qaldığı üçün mütəxəssis üç futbolçunun bərpa prosesini şəxsən izləmək istəyib.

Qeyd edək ki, Ançelotti "Real" tarixinin ən çox titul qazanan baş məşqçisidir. O, uzun illər çalışdığı klubun bazasına bu dəfə yalnız müvəqqəti olaraq qayıdıb.