"İnter"in futbolçusu Lautaro Martines "Barselona"nın onu transfer etmək istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, argentinalı hücumçu bu barədə "Sky" nəşrinə müsahibəsində deyib:
"Burada xoşbəxtəm. Doğrudur, "Barselona" məni heyətinə qatmaq istəyirdi, lakin mənim tək arzum "İnter"də qalmaqdır. Bu klubu çox sevirəm, burada möhtəşəm insanlar var və daha uzun müddət onların yanında qalacağıma ümid edirəm",
Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"in formasını geyinir. 29 yaşlı hücumçu "neradzurra" ilə 269 oyunda 132 qol vurub.