"Bavariya" Almaniya Kubokunda "Osnabrük"ü məğlub edib – 2:1. Sport24.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Harri Keyn bu görüşdə qol vurmağı bacarıb.

 

O, turnirdə ardıcıl 7 matçdır, fərqlənir.

 

Keyn bu göstəricidə komandanın sabiq futbolçuları Gerd Müller və Tomas Müllerə çatıb.

 

Hər iki oyunçu Almaniya Kubokunda ardıcıl yeddi oyunda qol vura bilmişdi. Gerd 1967/68, Tomas isə 2013/14 mövsümündə bunu bacarıb.