"İnter Mayami" yarımmüdafiəçi Rikelme Fillipini heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni klubu ilə sonradan bir il də uzatmaq şərti ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
19 yaşlı braziliyalı futbolçunun əvvəlki klubu 2025-ci ildən formasını geyindiyi "Palmeyras" olub. O, 2026-cı il mövsümündə doqquz oyunda meydana çıxıb.
Rikelme "Palmeyras"ın U-20 komandasında 80 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami" yarımmüdafiəçinin transfer hüquqlarının 60 faizini 3,95 milyon avroya, əlavə 30 faizini isə 1,88 milyon avroya almaq hüququ ilə əldə edib.