"Əl-İttihad" "Benfika"nın yarımmüdafiəçisi Riçard Riosu bir mövsümlük 30 icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı kolumbiyalı futbolçu 2025-ci ilin iyulundan Portuqaliya klubunda oynayır. Onun "Benfika" ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/26 mövsümündə 45 matçda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı kolumbiya millisinin də şərəfini qoruyan futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.