"Lill"in və Paraqvay millisinin qapıçısı Orlando Gil fransalı hücumçu Kilian Mbappedən üzr istəyib. Sport24.az xəbər verir ki, qolkiper bununla bağlı Fransa mətbuatına açıqlamasında deyib.
O, dünya çempionatında Paraqvay – Fransa matçından (0:1) sonra rəqib oyunçu Mbappenin əlini sıxmamasını belə izah edib:
"Məğlubiyyəti sevmirəm. Qətiyyən bunu qəbul edə bilmirəm və bəzən emosional davranıram. Matçdan sonra Mbappe ilə danışdım və ondan üzr istədim. Futbolda belə hallar olur".
Qeyd edək ki, orlando bu yay "Lill"ə qoşulub. Fransa təmsilçisində Mbappenin qardaşı Etan forma geyinir.